İnkişaf Qrupu

“İnkişaf Qrupu” Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Bakıətrafı qəsəbələrdə sosial proqramların icrasının monitorinqi və təbliği" layihəsi çərçivəsində yaradılıb. Layihə “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” haqqındadır. Bu qrup proqramın əhəmiyyəti, icrasının vəziyyəti, görülən işlər haqqında məlumatlar yaymaqla yanaşı, layihə çərçivəsində həyata keçirilən tədbirlərin də işıqlandırılmasının, aparılan Monitorinq və keçirilən Sorğunun nəticələrinin ictimaiyyətə çatdırılmasını təmin edəcək.