İşləmək istəyirəm

İnsanların əsas problemlərindən biri iş tapa bilməmələridir. Biz... müxtalif saytlardan iş elanlarını tapıb onları məlumatlandırırıq. Ancaq bu elanların ya vaxtı keçmiş olur, ya da başqa çətinliklər yaranır. Biz təklif edirik ki, hamımız ətrafımızda eşitdiyimiz iş elanlarını bu qrupda paylaşaq, hamı faydalansın. Həm bu zaman işə götürənin etibarlı olmasına da arxayın ola bilərik. Çünki bir çox hallarda işəgötürənlə işaxtaran arasında problemlər yaranır. Siz bu qrupda bildiyiniz iş yerləri ilə yanaşı işə qəbul olunmaq üçün lazım olan cv formalarını və digər məlumatları da yayımlaya bilərsiniz.